AZSSO Akademik Dəstək Mərkəzi tədqiqatçılara, alimlərə, müəllimlərə, magistrantlara, doktorantlara, tələbələrə, eləcə də dövlət qurumlarına, özəl təşkilatlara və müəssisələrə elmi, metodiki və texniki dəstək göstərən ixtisaslaşmış akademik dəstək mərkəzidir.

Mərkəzimiz elmi tədqiqatların planlaşdırılması və həyata keçirilməsi, elmi məqalələrin hazırlanması və beynəlxalq elmi jurnallarda nəşrə hazırlanması, qrant və layihə təkliflərinin yazılması, statistik məlumatların emalı və təhlili, akademik redaktə və tərcümə, laborator analizlərin təşkili, elmi hesabatların hazırlanması, eləcə də təlim və məsləhət xidmətləri sahəsində peşəkar dəstək təqdim edir.

Bununla yanaşı, istehsal, xidmət və elmi-tədqiqat sektorlarında fəaliyyət göstərən təşkilatların innovativ inkişafına, elmi əsaslandırılmış qərarların qəbuluna, tədqiqat və inkişaf (R&D) fəaliyyətlərinin təşkilinə, metodiki təminatına və elmi potensialının gücləndirilməsinə dəstək veririk.

Mərkəzimiz müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərdən, təcrübəli alimlərdən və peşəkar ekspertlərdən ibarət komandası ilə fərdi və institusional müştərilərə beynəlxalq standartlara uyğun xidmətlər təqdim edir. Peşəkar kadr potensialımız hər bir layihənin elmi əsaslarla, yüksək keyfiyyətlə və müasir tələblərə uyğun şəkildə həyata keçirilməsini təmin edir.

Məqsədimiz elmlə praktika arasında etibarlı körpü yaratmaq, elmi biliklərin tətbiqini təşviq etmək, akademik və peşəkar inkişafı dəstəkləmək, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli tədqiqatların formalaşmasına və cəmiyyətin inkişafına töhfə verməkdir.

Şüarımız:
“Elmi bilikdən praktik nəticəyə aparan etibarlı tərəfdaşınız.”